Fatimənin Şəhidlər Xiyabanında rəqsi qalmaqal yaratdı – Video
Rəqqasə Fatimə Fətəliyevanın “Cümhuriyyət suitası” adlı rəqsi qalmaqala səbəb olub.
Sözügedən rəqsə çəkilən klipdə Fətəliyevanın Şəhidlər Xiyabanında yerləşən alov abidəsinin önündə rəqs etməsi şəhid ailələri tərəfindən birmənalı qarşılanmayıb.
Bu barədə onlar Open.Az-a danışaraq Fatimənin şəhidlərin ruhuna hörmətsizlik etdiyini deyiblər.
Rəqqasə isə bütün bunlara sosial media hesabında cavab verib.
“Nə oldu? Nə baş verdi? Nə edirəm, gözünüzə ox kimi batır. Bu vətənin qızı olaraq, Azərbaycana uyğun növbəti klipimi çəkdirdim. Niyə birmənalı qarşılamırsınız? Orada tənqid ediləsi heç bir hərəkət yoxdur. Klipi cümhuriyyətimizin 100 illiyinə həsr etmişəm və ayıb iş görməmişəm. Bu nədir? O dəqiqə top atəşinə tutursunuz, deyirsiniz ki, Şəhidlər Xiyabanında çəkdirib, anlamadım, niyə?
İllər əvvəl orada hamı klip çəkdirib, onları qınamadınız, indi məni qınayırsınız? Şəhid ruhuna tərbiyəsizlik etməmişəm, etmərəm də. O şəhidlərin sayəsində sağlam ölkədə yaşayıramsa, onların qanı ilə ayaqdayamsa, ruhlarını incitmərəm, narahat olmayın. Məzarların önündə yox, alov abidəsinin qarşısında rəqs etmişəm.
Rəqsim də toyxana rəqsi deyil, vətənimizin qələbəsinə həsr olunub. Ağzıgöyçəklər, susmağınız və işimi alqışlamağınız lazımdır. Vətən üçün edilən hər bir addım daş-qalaq olunmur, alqışlanır”, – deyə Fatimə bildirib.
Qeyd edək ki, klipi Nail Naiboğlu lentə alıb. Rəqqasənin klipə 15 min manat pul xərcləyib.
https://www.youtube.com/watch?v=VSNLyODOr6g
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
