24.11.2021 - 15:36
Maqazin 1 baxış

"Fatiməni oğlumun toyuna çağırmayacağam" - Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə ilə rəqqasə Fatimə Fətəliyeva arasında qalmaqal daha da böyüyüb.

Minval.info xəbər verir ki, buna səbəb Nadirin “Həmin Zaur” proqramında sənətçi ilə bağlı açıqlaması olub. Oğlu Loğmanı evləndirməyə hazırlaşan sənətçi Fatiməni məclisə dəvət etməyəcəyini deyib.

Proqramda fotolar nümayiş etdirilib və “Onlardan hansını toya çağırmayacaqsan” sualı ünvanlanıb.

Nadir “Faiq Ağayev artıq dəvət olunub. Fatimə olmayacaq. Tez küsür, özündən gedir. Onun özünə də demişəm. Elə bir xırda şeydir ki, fikrində saxlayır. Deyirəm, Fatimə olmaz. Cavab verir ki, dəyişə bilmərəm. Deyirəm, dəyişməlisən, artıq nənəsən” sözlərini söyləyib.

Fatimə Nadirin bu açıqlamasını paylaşaraq, onu təbrik edib.

Qeyd edək ki, Nadirlə Fatimə arasında qalmaqal ifaçının fəxri ad istəməsi ilə bağlı açıqlaması olub. Nadirin bu iddiasını Fatimə ələ salmışdı.

Xatırladaq ki, Qafarzadənin oğlu Loğman dekabrın 20-də Əntiqə adlı xanımla ailə quracaq.

https://youtu.be/tLmdCEf8jQ0

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: