Faiq Ağayev onu qınayanlara cavab verib
Azərbaycanın xalq artisti Faiq Ağayev sosial şəbəkələrdə onun fikirlərini yanlış təhrif edənlərə cavab verib.
“Report” xəbər verir ki, F.Ağayev sosial şəbəkələrdəki bir neçə əhəmiyyətsiz səhifə istifadəçilərinin vicdan, əxlaq, gerçəklik, ədalət və din-imanı unudub, onu ləkələmək üçün “hücum”a keçdiklərini bəyan edib.
Xalq artisti qeyd edib ki, bu ilin avqust ayında yazdığı status təhrif edilərək ixtisar edilib və insanlarda yalnış təəssüratlar yaradılıb: “Həqiqəti qəbul etmək üçün qərəzsiz olmaq gərəkdir”.
Xatırladaq ki, Faiq Ağayevin məlum paylaşımında “Gün gələcək və nə vaxtsa (əlbət ki, dərhal yox) biz də XX əsrin sonundan bu günə kimi Azərbaycanın əzəli ərazisi – Qarabağı işğal altında saxlayan ermənilərlə ünsiyyətimizi bərpa edib, dövlətlərarası və insani əlaqələrimizi yenidən quracağıq. Lakin uduzmuş, haqqı tapdalanmış, ərazi bütövlüyünü təmin etməmiş Azərbaycan kimi yox. Bu yalnız və yalnız Vətənimizin qəsb edilmiş hər bir qarış torpağı düşmən tapdağından tam azad olmasından sonra baş verə bilər” fikirləri təhrif olunaraq ixtisarla verilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!