“Faiq Ağayev bəyəndikdən sonra...” - Mərdan Kazımovdan "Ömür bumu"
Müğənni Mərdan Kazımov Xalq artisti Faiq Ağayevin repertuarına müraciət edib.
Minval.info xəbər verir ki, ifaçı sözləri və musiqisi Gülya Həsənovaya məxsus, məşhur “Ömür bumu”mahnısını ifa edib. Bəstəyə çəkilən klip artıq youtube və bütün rəqəmsal platformalarda təqdim olunub. Layihədə “Jay Meel” (red- Cəmil Məmmədli) də yer alıb.
“Ömür bumu” sevdiyim mahnıdır. Oxumaq qərarına gəldikdə dəyərli Xalq artistimiz Faiq Ağayev ilə əlaqə saxladım və bəstəni ifa etmək istədiyimi bildirdim. O da öncə ifanı göndər dedi. İfamı dinlədikdən sonra bəyəndiyini və halallıq verdiyini qeyd etdi. İllərin sevilən mahnısına yeni nəfəs vermək risk idi əslində. Bu gün xoşbəxtəm ki, dinləyicilər ifama gözəl reaksiyalar verdilər”- deyə Mərdan Kazımov bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır