31.05.2020 - 10:12
İdman
2 baxış
Fahişəxanada yaxalanan məşhur hakimdən şok açıqlama - FOTOLAR
Xəbər verdiyimiz kimi, sloveniyalı FIFA hakimi Slavko Vinçiç Bosniya və Herseqovina polisi tərəfindən həbs olunub. 41 yaşlı referi polisin fahişəxanada keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onunla birlikdə 9 qadın və 26 kişi həbs olunub.
Saxlanılanlar eyni zamanda narkotik maddədən istifadə və silah saxlamaqda ittiham olunub. Slavko Vinçiç ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Bosniya və Herseqovina polisinin basqını fahişəlikdə şübhəli bilinən Tiyana Aifon kimi tanınan Tiyana Maksimoviçin işi ilə əlaqədar etdiyi vurğulanıb.


Artıq məşhur hakimin polisə verdiyi ifadə ortaya çıxıb. Referi həmin evə “iş görüşməsi” üçün getdiyini bildirib: “Polis bizi şahidlərin iştirakı ilə həbs etdi. Mən ora gedəndə nə baş verdiyini bilmirdim. Hər şey kabus kimi idi. Çox çətin zaman keçirdim. Yatmaq istəyirəm. O evə getməyim və baş verənlər çox qəribə idi. Orda heç nə etmədim. Əyləncə məclisi deyildi. Silahları da polis basqınından sonra gördüm… İş barədə danışırdıq. Birdən polislər içəri girdi”.

FİFA referisinin vəkili Vlado Sayn isə açıqlamasında bunları deyib: “Polisdən aldığımız məlumata görə, Slavko Vinçiç bu hadisənin şübhəlilərindən biri deyil. Ona qarşı heç bir iddia qaldırılmayıb. Yanlış zamanda yanlış yerdə olub. İş görüşməsinə getdiyi biri onu evə dəvət edib. Getdiyi zaman orda məclisin olduğunu və çox sayda adamın yığışdığını görüb. İfadəsi alınan digər şəxslər Slavko Vinçiçi tanımadıqlarını bildiriblər. 15 nəfər tutulub. Digərləri polis nəzarətinə buraxılıb. Slavko Vinçiç sərbəstdi və Sloveniyaya dönüb. Bütün bunlar şanssız bir təsadüfdü”.
Qeyd edək ki, Vinçiç bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinin 3 oyununu və Avropa Liqasında pley-off matçını idarə edib.
Polis əməliyyatının keçirrilməsinə səbəb olan Tiyana Aifon ləqəbli Tiyana Maksimoviçin fotolarını təqdim edirik:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gələn il bu universitetlərdə tələbə qəbulu azala bilər - Nazir açıqladı
13.11.2025 - 14:37
Azərbaycanda polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı - SİYAHI
11.06.2020 - 14:46
İngiltərədə futbolçu matç ərəfəsində öldürülüb
26.01.2020 - 16:35
Bir gündə ikinci dəfə məmur ölümü xəbəri - AZƏRBAYCANDA
23.01.2018 - 15:01
Ağdamın Seyidli kəndindən - VİDEOGÖRÜNTÜLƏR
23.12.2020 - 12:47
Rusiyalı qadın döyüşçü: Çimərlik geyimindəki foto açıq-saçıq sayılmır (FOTO)
30.10.2019 - 09:25
Maska taxmayanlar bu qədər cərimə oluna bilər - Məbləğ açıqlandı
30.05.2020 - 14:26













