“Facebook” biometriya məsələsinə görə təzminat ödəyəcək
“Facebook” şirkəti istifadəçilərin biometrik məlumatlarını qanunsuz toplaması barədə iddia irəli sürən İllinoys ştatında bir neçə istifadəçi ilə məhkəmədən əvvəl razılığa gəlib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, “Edelson” hüquq şirkəti iddiaçılara 550 milyon dollar ödəniləcəyini açıqlayıb.
NYT-nin xəbərinə əsasən, 2015-ci ildə irəli sürülən iddia müəllifləri “Facebook” şirkətini hesablara yüklənən fotoşəkilləri avtomatik yaddaşa verən “Tag Suggestions” servisi vasitəsilə insanlardan icazəsiz onlarla bağlı məlumatı toplamaqda ittiham edib. Şirkət bu ittihamla razılaşmayıb.
“Facebook”un maliyyə direktoru David Verner bu təzminat üzündən məcmu və inzibati məsrəflərinin ötən illə müqayisədə 87 faiz artdığını bildirib.
Qeyd edək ki, 2015-2016-cı illərdə “Facebook” Prezident Donald Trampın seçki komandası ilə əməkdaşlıq edən Böyük Britaniyanın “Cambridge Analitica” şirkətinə 87 milyon istifadəçisinin şəxsi məlumatlarını icazəsiz olaraq sızdırmış, məsələnin üstü açılanda isə bir sıra ölkələr tərəfindən cərimələnmişdi. 2019-cu ildə isə “Facebook” şəxsi məlumatlarla başdansovdu rəftar etdiyinə görə 5 milyard dollar məbləğində cərimələnib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ