Fəzail Ağamalıdan tarixi Azərbaycan torpaqları ilə bağlı çağırış
Milli Məclisin iclasında çıxış edən deputat Fəzail Ağamalı Ermənistanın mövcud olduğu tarixi Azərbaycan torpaqları ilə bağlı çağırış edib. Deputat bildirib ki, 1920-ci ildə Fransada, Versal sülh konfransında Azərbaycanın Cümhuriyyətinin xəritəsi təsvir olunmaqla Azərbaycanın dövlət müstəqilliyi tanınıb.
F.Ağamalı təəssüflə bir məqamı qeyd edib: “Bəzən ayrı-ayrı mətbuat səhifəsində rastlaşırıq ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olmalı deyil. Ombudsman da, hər kəs də birmənalı olaraq Cümhuriyyətin varisi kimi Azərbaycanın indiki Ermənistan tərəfindən zəbt olunan 28 min kv.km-lik ərazilər bütün platformalarda gündəmə gətirilməldir. Xahiş edirəm, bizim millət vəkillərimiz də “Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur”-deməkdən çəkinsinlər. Eyni zamanda bu gün bizə əzələ nümayiş etdirən İranın ərazinin böyük hissəsi tarixi Azərbaycan ərazilərdir. Bunu nə İran rəhbərliyi, nə də Makron kimi təlxək unutmasın”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda avtobus parkı 2500-ə çatır!
Biləcəridə çörək zavodunda ciddi nöqsanlar aşkarlandı
Zubir "Qarabağ"a geri dönür?
Gəncədə abadlıq işlərinə 4,7 milyon manat ayrıldı
Bərdə icra başçısından tələbəyə xüsusi jest!
Bazarlarda sanitar böhran: Təhlükəsizlik təhdid altında
Xankəndidə əmək yarmarkası: 200 vakansiya təqdim edilir