Fəxri ad alanlarla bağlı açıqlama Xatirənin başına bəla oldu
“Bu günə qədər görmüsüz hansısa Xalq, Əməkdar artistə söz deyim? Heç kimin nə sənəti, nə özü mənə maraqlı deyil. Sonra deyirsiz niyə müsahibə vermirsiz? Bu cür qalmaqala görə. Hamını çox istəyirəm, amma müsahibə verməyəcəm”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə islam deyib. Sənətçi “Oxuya bilmir, necə “Əməkdar artist” oldu?” başlıqlı açıqlamasından söz açıb.
Xatirə bildirib ki, fəxri ad alan dostları ondan inciyib:
“Müsahibəni on gün əvvəl vermişəm. Gətirib yaxın dostlarım ada layiq görüləndən sonra yayımlayıblar. Bayağı, səsi olmayan, fəxri adları olanlar haqda danışmışam.
Anam deyir ki, Röya ilə yaxınsan, fəxri ad alıb, sən niyə elə etdin? Hardan bilim ki, dostlarım fəxri ad alacaq? Heç orada ad da çəkməmişəm. Saxlayıblar müsahibəni evdə, sonra veriblər. Niyə məni dostlarımla üz-göz etdiniz?
Müsahibədən elə çıxıb ki, böyük adamam, dünyada məndən güclü səsi olan yoxdur, özümdən başqa heç kimi bəyənmirəm. Özüm də süjetə baxanda özümlə bağlı belə qərara gəldim. axı elə iddiada ola bilmərəm. Montaj edin, amma bu qədər yox”.
https://www.youtube.com/watch?v=3noFbFWC7rI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!