Fəxrəddin manafovdan 48 illik həyat dərsi: "Qadınlar bizi tərbiyə edir
Xalq artisti Fəxrəddin Manafov, mərhum həyat yoldaşı Vahidə Sadıqova ilə keçirdiyi 48 illik evlilik həyatından bəhs edib.
Minval.info xəbər verir ki, aktyor AzTV-də yayımlanan və Mehriban Ələkbərzadənin aparıcılıq etdiyi proqramda həyat yoldaşı ilə bağlı xatirələrini bölüşüb. Fəxrəddin Manafov bildirib ki, Vahidə xanım ona qadını anlamağı öyrədib və onunla keçirdiyi illər ərzində qadınların dərinliyini daha yaxşı başa düşüb.
“48 il birgə yaşadığımız müddətdə Vahidə mənə qadının necə olduğunu öyrətdi. O, çox güclü və ağıllı bir şəxsiyyət idi. Vahidə dünyasını dəyişəndə, onunla tam tanış ola bilmədiyimi düşündüm. Qadınlar mənim üçün əxlaq, davranış və danışıqdır. Onlar bizi tərbiyə edir,” – deyə aktyor qeyd edib.
Fəxrəddin Manafov əxlaq anlayışına da toxunaraq, bunun insanın daxili dünyası ilə bağlı olduğunu vurğulayıb. O, həmçinin zamanın sürətlə keçdiyini və bunun həyatın müxtəlif sahələrinə təsir etdiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!