Fərid ölkədən niyə getdi - "Uşağa hər yerdə qadağa qoyublar"
Əməkdar artist Aybəniz Haşımova “Eurovision 2013” təmsilçimiz Fərid Məmmədovun ölkədən getməsinin səbəbini açıqlayıb.
Minval.info axşam.az-a istinadən bildirir ki, müğənni tələbəsi olan ifaçı ilə bağlı gözlənilməz açıqlamalar verib. O, Fəridin bezib getdiyini söyləyib:
“Mənim Fərid Məmmədov kimi mükəmməl istedada malik tələbəm ölkədən getməməmli idi. O, elə birinci idi. Onu kimlər küsdürdü? Mənim uşağımı bezdirdilər. Beş yaşından sənətə canını qoydu, dövlət ona etimad bəslədi, “Eurovision” müsabiqəsinə. Öz gücünə ikinci oldu. Birinciyə layiq idi. Ömrümün 20 ilini Fəridlərə həsr etdim. Mənim uşağım gedib Amerikada fəhləlik edir, zülm çəkir. Televiziyalardan soruşmaq istəyirəm ki, niyə o, gedib kuryer çalışır?
Fəridin anasından soruşdum ki, Fərid niyə getdi? Qayıtdı ki, uşağa hər yerdə qadağa qoyublar. Hansısa bir insandan küsüb, o da Fəridə belə edib”.
Qeyd edək ki, Fərid ailə qurduqdan sonra, Amerikaya köçüb və orada kuryer çalışır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!