Fərda ilk nikahdan olan övladlarını görmür?
Aktyor Fərda Xudaverdiyevin ikinci nikahdan olan oğlu Raulla sosial şəbəkədə tez-tez görüntülər yayımlaması müzakirələrə səbəb olub.Axşam.az xəbər verir ki, sənətçi gah övladını çəkiliş məkanına aparır, gah verilişə onunla birlikdə çıxır, gah da evdə videolarını çəkib izləyiciləri ilə bölüşür.
Maraqlısı isə odur ki, Fərda uzun müddətdir birinci nikahdan olan oğulları Amin və Mətinlə heç bir foto, video paylaşmır. Hətta o, “Zaurla Günaydın” verilişinə yalnız kiçik oğlunu aparmışdı.

Bir neçə gün əvvəl Xudaverdiyevin böyük oğlu Aminin ad günü olub. Aktyor onunla bağlı heç bir paylaşım etməyib, övladına təbrik yazmayıb. Amin isə qardaşı Mətinlə ad günündə çəkdirdiyi və atasının olmadığı şəkilləri İnstaqramda bölüşüb.
Fərdanən Raula daha çox diqqət göstərməsi, digər övladlarından uzaq olması isə sosial şəbəkə izləyicilərinin diqqətindən yayınmayıb. Onlar aktyora bununla bağlı şərhlər yazsalar da, yumor ustası sualları cavabsız qoyub.
Qeyd edək ki, Fərda ilk həyat yoldaşı Günellə 9 illik evlilik həyatından sonra qalmaqallı şəkildə ayrılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!


