Fərda boşanması haqda ilk dəfə danışdı
“Konsertə hazırlaşıram. Ən az 1 saat yarım səhnədə olacam. Bu dəfə daha maraqlı “Stand-up” edəcəm. Dekabra çatmasam, yanvarda keçirəcəyəm”.
Bu sözləri Axşam.az-a açıqlamasında yumor ustası Fərda Xudaverdiyev deyib. Aktyor ondan sonra stand-up edən həmkarlarından danışıb:
“İlk dəfə Azərbaycana bunu mən gətirmişəm. Həmin vaxt dedim ki, bunu edirəm, Azərbaycanda inkişaf etsin. Sevinirəm ki, məndən sonra stand-up etməyə başlanılıb. Sevinirəm onların işlərinə, bəlkə bundan sonra rəqabət ola”.
Bir müddət əvvəl boşanma xəbəri ilə gündəmə gələn Fərda bu haqda danışmaq istəməyib. O, övladları ilə tez-tez görüşdüyünü söyləyib. Fərda yenidən evlənib-evlənməyəcəyi ilə bağlı suala isə belə cavab verib:
“Yenə də bu haqda çox danışmayacam. Allah hamını xoşbəxt etsin. Övladlarımla tez-tez görüşürəm. Hələ ki, yenidən evlənmək haqda fikirləşmirəm. Ola da bilər, olmaya da…”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır