Fərda Amin "Selfinaz 2" ilə gəlir - "Ruhunuzu qıdıqlayacağam"
Aktyor Fərda Amin çoxdandır gözlənilən “Selfinaz 2” adlı “Stand up” şousu ilə tamaşaçıları bir araya yığacaq.
Minval.info xəbər verir ki, tamaşa, “Artlemma Film” tərəfindən həyatə keçiriləcək. Fərda Amin və Təvəkkül T. Mehrəliyevə aid olan ssenari 5 ilə ərsəyə gəlib. Yaradıcı heyətin sözünə görə, məhz “Selfinaz 2” də Azərbaycan “Stand up” dünyasında yeni bir mərhələ hesab ediləcək. Tamaşanın rejissorluğunu Təvəkkül T. Mehrəliyev, baş prodüserliyini isə Resan Mehrəliyev edəcək.
Gülüşün onun üçün ən qiymətli duyğu olduğunu bildirən Fərda, baş tutacaq gecə ilə bağlı fikirlərini bölüşüb:
“Mən də hamınız kimi Allahın əsəriyəm. “Selfinaz 2” bu əsərin yenilənmiş təqdimatıdır. Gülüşün dadı ürəkdən gülməkdə yox, ruhun gülməyidir. Ruhunuzu qıdıqlayacağam”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“İmkanlıların toylarına pul yazdırmıram”- Zaurdan etiraf
"İlk dəfə 4 yaşımda öpüşmüşəm" - Faiq Ağayev
Şəbnəm yenidən ana olacaq: “Əxlaqsız hərəkətim yoxdur” - MÜSAHİBƏ
Vüqarın səhhətində problem yaranıb
"Toyda mənə qonorar vermədilər, ev bağışladılar" - Manaf Ağayev