Fədayə Laçın: "Çətinliklər, xəyanət və həbsxana məni dəyişdi"
Müğənni Fədayə Laçın şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. O, ailəsində yaşadığı çətinliklərdən danışaraq, atasının anasına xəyanət etdiyini və bu səbəbdən valideynlərinin ayrıldığını bildirib.
Minval.info xəbər verir ki, Fədayə Laçın “Astar” adlı Yutub layihəsində çıxış edərək, atasının anasına xəyanət etdiyini və nəticədə valideynlərinin yollarını ayırdığını qeyd edib. O, atasının yenidən ailə qurduğunu və anasının da başqa biri ilə evləndiyini, lakin ögey atasının ona qarşı sərt davrandığını vurğulayıb.
Fədayə Laçın, həmçinin həbsxana həyatından danışaraq, bu dövrün onun üçün bir həyat dərsi olduğunu deyib. O, başına gələn hər hadisənin bir hikmət daşıdığını və bu təcrübələrin ona insanları daha yaxşı tanımaq imkanı verdiyini bildirib. Müğənni, həbsxanada olduğu müddətdə yalnız ailəsinin onu ziyarət etdiyini və bu dövrdə insanların ona qarşı sevgi dolu münasibət göstərdiyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!