“Evlənmək təklifinə yox dedim, ölümlə hədələndim” – müğənni ilə meneceri arasında nələr yaşanıb?
Müğənni Sevinc Ağaşirinova türkiyəli meneceri Levent M. ilə arasında yaşanan qalmaqaldan danışıb.
Musavat.com-a açıqlama verən ifaçı bildirib ki, menecerinin evlilik təklifini qəbul etmədiyi üçün onu şantaj edib:
“Hadisə 2 il əvvəl baş verib. Bildiyiniz kimi, 3 ildən çoxdur Türkiyədə yaşayıram, karyeramı burada davam etdirirəm. Ona görə də menecer Levent M-lə çalışmağa başladım. İlk vaxtlar işbirliyimiz gözəl alınırdı. Sonra onun hərəkətləri məni narahat etməyə başladı. Bir neçə dəfə məni sevdiyini, evlənmək istədiyini dedi. Evlilik təklifini qəbul etmədiyim üçün mənə qarşı zorakılıq etməyə başladı, şantaj olunurdum. Deyirdi ki, özünü dənizə atacaq, öldürəcək. Bundan başqa, məni Azərbaycanda biabır etməklə, Türkiyədə qalmağıma imkan verməməklə, öldürməklə hədələyirdi. Mən də hücumlardan bezib polisə gedərək şikayət ərizəsi yazdım. Polis uzaqlaşdırma qərarı çıxartdı, mənə nə zəng edə, nə yaxınlaşa bilərdi. Amma o yenə də zəng etməyə davam etdi. Ona görə iş məhkəmədədir”.
Qeyd edək ki, Sevincin şikayəti əsasında Leventin 5 il həbs cəzası istənilib. Məhkəmə yaxın günlərdə qərar çıxaracaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!