"Evimə heç qohumum olan kişilər də gələ bilməz" - Məleykə Əsədova
“Tək qadınam, hər şey üstümdədir. Çox istəyərdim bağım olsun, amma baxa bilmirəm. Bunun üçün kişi olmalıdır. Təklik məni bezdirmir, qızımla yaşayıram”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “Bağ mövsümü” verilişində deyib. Aktrisa ikinci dəfə ailə qurub-qurmayacağı ilə bağlı sualları cavablandırıb. Əsədova bildirib ki, qızı Gülərə görə heç vaxt bunu etməyəcək:
“Hərdən deyirsən “kişi kimi qadın”. Qadınam, amma kişi qüdrətli qadınam. Kişilərin xətrinə dəyməsin, qadınlarımız daha qeyrətlidir. Əvvəlki zamanla müqayisədə, əsl kişilərin sayı indi azalıb.
Bütün həyatımı övladıma həsr etmişəm. Şükür buna, qızım xoşbəxt olsun, bəsimdir. Heç düşünmürəm ki, ikinci dəfə ailə qurum. Evimdə qız böyüdürəm. Evimə heç qohum olan kişi də gələ bilməz. Gələndə, gərək mən evdə olum”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!