"Evdə komandir qadındır, nə dedisə, odur"
“Qızın dostu ana, oğulun dostu ata olar. Mənim də birinci dostum anamdır. Harada oluramsa olum deyirəm anama cavab verməliyəm. Əlavə edirəm ki, anam mənim birinci həyat yoldaşımdır”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova “Bərabərik” proqramında deyib. Anasından danışan sənətçi ailə həyatı ilə bağlı sualları cavablandırıb:
“Ana olandan sonra əvvəlki şıltaqlığım, həyata baxışım, dünyagörüşüm başqa oldu. Hansısa məqamda yoldaşıma və ya özümə qadağalar qoymuram. Amma istər-istəməz özünə çəki-düzən verirsən. Elə olub ki, reklam çəkilişindən səhər 6-da evə gəlmişəm”.
Xəlilova “Evdə hökmlü kimdir” sualına “Evdə hökm qadından asılıdır. Qadın evin dirəyidir. Kişi başdır, qadın boyun. Qadın hara döndərsə, kişi ora dönür. Evdə komandir qadındır, nə dedisə, odur. Amma son qərarı kişilər verir. Qadın emosionaldır, amma kişi uzaqgörən və soyuqqanlıdırlar” cavabını verib.
Xəyanətlə bağlı sözlərə isə Elnarə “İnciməyim üçün nə boyda səbəb olmalıdır? Məqsədi incitməkdirsə, onu ondan əvvəl incidərəm. Allaha həvalə etməkdən də, həvalə olunmaqdan da qorxuram” reaksiyasını verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır