“Eurovision”da Azərbaycanı o təmsil edəcək” - Türkiyədən iddia (Fotolar, Video)
Türkiyənin “Eurovision” səhifəsi “ESC Honey” Azərbaycanın builki təmsilçisi ilə bağlı iddia ortaya atıb.
Musavat.com xəbər verir ki, iddiaya görə Azərbaycanı bu il müğənni Samirə Əfəndi təmsil edəcək.
“Niderlandlı musiqi prodüserləri Azərbaycanın 2020-ci il “Eurovision” mahnısını hazırlamaq üçün Bakıda studiyaya giriblər. İddia edilir ki, Azərbaycanın builki təmsilçisi Samirə Əfəndidir. Onun mahnısında uddan istifadə ediləcək” -, deyə səhifə yazıb.
Yarışmanın yayın hüquqlarına sahib “İctimai” televiziyadan isə bu barədə heç bir açıqlama verilməyib.
https://www.youtube.com/watch?v=EvKJNH4E7KY
Samirə Əfəndinin mətbuat katibi Rəvan Rəd musavat.com-a açıqlamasında bildirib ki, müğənniyə hələ də “İctimai” televiziyadan məlumat verilməyib: “Samirə xanım özü də müsabiqəyə göndəriləcəyini dəqiq bilmir. Televiziyanın açıqlamasını gözləyirik”.
Qeyd edək ki, Samirə Əfəndi “Səs Azərbaycan” müsabiqəsinin ikincisi olub. O bir çox ölkələrdə keçirilən festivallarda Azərbaycanı təmsil edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır





