"Eurovision 2019"-da Azərbaycanı təmsil edəcək finalçının adı bəlli olub

“Eurovision 2019”da Azərbaycanı Çingiz təmsil edəcək
Minval.İnfo axşam.az-a istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi fan səhifəsi “Infe Azerbaijan” məlumat verib.
Bildirilir ki, ölkəmizi bu il İsraildə müğənni Çingiz Mustafayev təmsil edəcək.
Qeyd edək ki, 2019-cu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq. Ölkə təmsilçimiz 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.
“Eurovision-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream” (“Arzulamağa cürət et”) olacaq.
Xatırladaq ki, İsrail təmsilçisi Netta Barzilay “Toy” (“Oyuncaq”) mahnısı ilə ötən il keçirilən mahnı müsabiqəsinin qalibi olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!