Eşşək arabası ilə qonşusunun üstündən keçdi
Ağdam rayonunda qəribə ölüm hadisəsi baş verib.
Hadisə noyabrın 3-ü axşam saatlarında rayonun Yuxarı Yüzbaşlı kəndində baş verib.
Rayon sakini, 1956-cı il təvəllüdlü Əli Hətəmov qonşusu Umud Nəsibovla mübahisə edib. U. Nəsibov özünə məxsus eşşəyi arabaya, inəkləri isə arabaya bağlayaraq yolla gedirmiş. Ə. Hətəmov həmin yolun özünə məxsus olduğunu iddia edərək eşşəyin qabağında yerə uzanıb və onların keçməsinə icazə verməyəcəyini bildirib. Bu zaman U. Nəsibov qəsdən eşşəyi onun üstünə sürüb, eşşək, araba və inəklər Əli Hətəmovun üzərindən keçib. O, aldığı xəsarətlər nəticəsində vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb və 1972-ci il təvəllüdlü Umud Nəsibov saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı