Ermənistanda sabiq deputatın oğluna qarşı ittiham irəli sürülüb
Ermənistan parlamentinin sabiq deputatı Arakel Mövsisyanın oğlu David Mövsisyana bu ölkə tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında əsgər Vahram Avakyanın ölümü ilə bağlı ittiham irəli sürülüb.
“Report” “Sputnik”ə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin sözçüsü Nairə Harutyunyanın dediyinə görə, D.Mövsisyan hərbi nizamnamənin ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olma maddəsi üzrə ittiham olunur.
Bu maddə dörd ildən səkkiz ilədək həbs cəzasını nəzərdə tutur. Müstəntiq D.Mövsisyanın saxlanılmasına dair müraciət edib.
Bundan əvvəl Azərbaycanın işğal altındakı torpaqlarında yerləşən təlim mərkəzində yanvarın 30-da əsgər Vahram Avakyanın avtomatından özünü vurduğu xəbəri verilmişdi. Yaralı xəstəxanaya çatdırılsa da, orada öldüyü məlum olub.
Hadisə ilə bağlı özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
