“Ermənistanda mənimlə Azərbaycanca danışdılar” - Girov düşən 16 yaşlı çoban
İyulun 24-ü heyvanları otaran zamanı yanlışlıqla Ermənistan sərhədini keçən və orada həbs olunan 16 yaşlı türkiyəli Ümid Əli Özmen saxlanma şəraitindən danışıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, çobanın sözlərinə görə, səhhətində heç bir problem yoxdur və Ermənistanda hər hansı pis münasibətlə qarşılaşmayıb:
“Təkbaşına bir kamerada qalırdım. Əl-qol hərəkəti ilə anlaşırdım. Azərbaycanca bilən biri vardı, çox rahat şəkildə bir-birimizi başa düşürdük. Dörd nəfərlik otaq olsa da, əcnəbi olduğum üçün tək qalırdım”.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan erməni baş nazir Nikol Paşinyana zəng edərək gəncin ölkəsinə təhvil verilməsini istəmişdi.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İraq nefti yeni marşrutla Suriyaya daşınır
ABŞ SEPAH katerlərini raketlərlə məhv etdi
ABŞ Səudiyyəyə hərbi dəstəyi dayandırdı
Almaniyada İranla bağlı gizli hərbi görüş baş tutdu
ABŞ-ın İranla müharibəsi 42 milyarda çatdı
Rusiyanın "Vampir" qumbaraatanı ilk dəfə Afrikada!
Finlandiyadan Ukraynaya 290 milyon avroluq hərbi yardım