Ermənistan yığmasının futbolçusu Hollandiya klubundan qovulub

Hollandiyanın “Villem II” klubu Ermənistan milli komandasının futbolçusu Araz Özbilizlə icarə müqaviləsini pozub.
“Report”un Tilburq təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, buna 29 yaşlı yarımmüdafiəçinin “Fortuna Siddard”a 3:2 hesabı ilə qalib gəldikləri oyunda meydana əvəzetmədən daxil olmaq istəməməsi səbəb olub. Nəticədə Özbilizin komandadan qovulması qərara alınıb. Bu insidentdən sonra təcrübəli oyunçu müqavilə üzrə məxsus olduğu Türkiyə “Beşiktaş”ına qayıdıb. Erməni futbolçu ötən yay icarəyə verildiyi “Villem II”nin heyətində 14 matçda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. “Qara qartallar” onu 2016-cı ilin yanvarında Rusiya “Spartak”ından transfer edib.
Qeyd edək ki, Araz Özbiliz daha əvvəl İspaniyanın “Rayo Valyekano” və Moldovanın “Şerif” klublarında da icarədə olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı