Ermənistan Televiziyası "Artsax" adından istifadə etməyi dayandırdı
Ermənistanın İctimai Televiziyası “Artsax” adından istifadə etməyi dayandırıb.
Musavat.com xəbər verir ki, bu barədə qondarma rejimin Ombudsmanı Geqam Stepanyan facebook-da məlumat verib.
Geqam Stepanyan qeyd edib ki, həmişə İctimai Televiziyada “Artsax” adından istifadə olunurdu, artıq “Dağlıq Qarabağ” adından istifadə edilir. Ombudsman həmçinin qeyd edib ki, “Artsax” Konstitusiyasına görə, “Artsax Respublikası”nın “Dağlıq Qarabağ” Respublikası ilə adları eynidir. Heç olmasa, bunların ikisindən də istifadə edilsin.
“İctimai Televiziya artıq heç “respublika” sözünü də işlətmir”, – Ombudsman Geqam Stepanyan bunun üçün İctimai Televiziyaya qəzəbini də gizlətməyib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Çimərliyə gedənlərin nəzərinə