Ermənistan tərəfindən döyüşə cəlb edilmiş əcnəbilərdən bir neçəsi beynəlxalq axtarışa verilib
Baş Prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən döyüşə cəlb edilmiş xarici ölkələrdən gətirilən şəxslərin bir neçəsi barəsində cinayət işi başlanıb.
Baş Prokurorluqdan verilən məlumata görə, onlar aşağıdakılardır: Gürcüstan Respublikasının vətəndaşı Vaaqn Çaxalyan – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2, 114.3, 279.3, 318.2 və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. Fransa Respublikasının vətəndaşı Gilbert Minassyan – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2,114.3, 279.3, 318.2 və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. Fransa Respublikasının vətəndaşı Hamlet Hovsepiyan – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214, 214-1 və digər maddələrlə təqsirləndirilən şəxs ismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. ABŞ vətəndaşı Aruşan Badasyan – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214, 279, 318 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, beynəlxalq axtarışa verilib. Belarus vətəndaşı Serov Sergey Valeryeviç – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214, 279, 318 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. Fransa Respublikasının vətəndaşı Artur Ohannisyan – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2, 114.3, 279.3, 318.2 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib.
Bundan başqa, Fransa Respublikasının vətəndaşı Sipan Koroğluyan, Sipan Muradyan, Yunanıstan vətəndaşı Aren Osipov, İspaniya Krallığının vətəndaşı Armen Knyazyan, Livan Respublikasının vətəndaşı Gevrq Haciyan, Suriya Ərəb Respublikasının vətəndaşı Stepan Keşişyan, Kanada vətəndaşı Kristofer Artin, Fransa Respublikasının Marsel şəhərindən olan adları müəyyənləşməmiş 15 nəfər adları məlum olmayan şəxslə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsində 2 cinayət işinin istintaqı aparılır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı