Ermənistan qədim Roma xəritəsinə necə düşüb? - Erməni tarixçi

Erməni sosial şəbəkələrin istifadəçilərinin qədimliklərini sübut etmək üçün mənə göndərdikləri “Roma imperiyasının xəritəsi” – XX əsrdə hansısa yezuit-rəssam tərəfindən çəkilmiş rəngli şəkildir.
Kult.az xəbər verir ki, bu barədə Feysbuk səhifəsində ukraynalı tədqiqatçı, tarixçi, erməni əsilli məşhur bloger Filip Ekozyants yazıb.
“Erməni qardaşlar, görəsən alimləriniz nə vaxt sizə izah edəcək ki, Roma imperiyasının xəritəsi mövcud deyil? Təklif edirəm ki, kim tərəfindən çəkildiyi bilinməyən xəritələrdən istifadə etməyin, yaxşısı budur, özünüz Roma imperiyasının xəritəsini çəkin və ortasına böyük və aydın şəkildə Ermənistan yazın. Yox, yaxşısı qədim Ermənistan yazın ki, sonradan daha aydın sübut olsun”, – tarixçi bildirib.
“Roma imperiyasının xəritəsi”nin I əsrə aid olmadığı, qazıntılar zamanı tapılmadığı və Herodotun əsərlərindən götürülmədiyi artıq sübuta yetirilmiş faktdır. Bu, müasir dövrdə hazırlanmış xəritədir. Bu cür xəritələr dünyada milyonlarladır. Yüzlərlə kompüter proqramlarından istifadə edən istənilən şəxs analoji xəritələrdən çəkə bilər. Sadəcə axtarış proqramında: “rəsm yaratmaq – vintaj” sözlərini daxil edirsiniz və qədim geosiyasi vəziyyətə baxışınızı qurmağa başlayırsınız.
Ermənilər bu zarafata görünməmiş təntənə ilə yanaşdılar – sanki bu xəritəni az qala Herodot öz əlləri ilə çəkib. Bu xəritəyə toxunmaq, şəklini çəkmək olmaz. Birdən Allah eləməsin, fotokameranın işıqları onu korlayar.
ƏLAQƏLİ
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür
“Piramidaların yaradıcıları” yenidən özlərini çətin vəziyyətə saldılar, ancaq artıq geri addım atmaq üçün çox gecdir. Odur ki, bu “qədim möcüzə”yə baxırlar və hələ də özlərini buludların üzərində hiss edirlər.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür
Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür
Əslində Molla Pənah Vaqif kimdir? - ARAŞDIRMA
Cəlilabadda alban dövrünə aid tarixi nümunələr aşkarlanıb