Ermənistan həyəcan içində: “Türk F-16-ları İrəvana zərbə endirməyi məşq edir”
Nazirlik əhaliyə müraciət etdi
İyulun 29-dan start götürən və avqustun 10-dək davam edəcək Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Ermənistan əhalisinin yuxusunu qaçırıb. Ermənistan mediasında və sosial şəbəkələrdə Türkiyəyə məxsus F-16 qırıcılarının “İrəvana zərbə endirmək”lə bağlı təlim keçdikləri barədə sensasion xəbərlər şimşək effekti verib. Musavat.com erməni mediasına istinadən bildirir ki, əhalinin təşvişi Ermənistan Müdafiə Nazirliyinin rəsmi təkzib verməyə vadar edib. Nazirliyin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Türk qırıcılarının Naxçıvanın 56 km-liyində yerləşən İrəvan şəhərinə hava zərbələri endirməklə bağlı təlimlər keçirdiyi barədə məlumatlar həqiqətə uyğun deyil. Ş.Stepanyan bubarədə məlumatların “şişirdildiyini” deyərək, əhalini sakitləşdirməyə çalışıb.
Bir daha açıq-aşkar görünür ki, işğalçı ölkə Tovuz təxribatına əl atdıqdan sonra Türkiyə və Azərbaycanın Bakı, Naxçıvan, Gəncə, Kürdəmir, Yevlax şəhərləri ərazisində keçirilməsi planlaşdırılan genişmiqyaslı hərbi təlimlərdən açıq-aşkar qorxuya düşüb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda