“Ermənistan hərbçilərin və meyitlərin dəyişdirilməsinə şərait yaratmır”
“Bizim döyüş meydanında əldə etdiyimiz qələbə diplomatik sahədə də bizə üstünlük verir”.
Minval.info xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov brifinqdə deyib.O bildirib ki, beynəlxalq təşkilatlardan, bir sıra dövlətlərdən humanitar atəşkəsin vacibliyi ilə bağlı müraciətlər daxil olub:”Rusiya Prezidenti Vladimir Putin şəxsən bu təşəbbüslə çıxış edib.
Azərbaycan və Rusiya dövlət başçılarının tapşırığı ilə görüş təşkil edildi və bəyanat imzalandı. Hərbçilərin, meyitlərin dəyişdirilməsi nəzərdə tutulur. Bu proses zamanı işlərin icrası Beynəlxaq Qızıl Xaç Komitəsinin üzərinə qoyulub. Lakin Ermənistan buna şərait yaratmır və saat 12-dən sonra atəşkəsi pozaraq mülki əhalini atəşə tutub. Sənəd 4 bənddən ibarət olsa da, hər bəndinin özünün ayrıca mənası var. Bizim döyüş meydanında əldə etdiyimiz qələbə diplomatik sahədə də bizə üstünlük verir. Bəyanatda 3 və 4-cü bənddə bizim əldə etdiyimiz üstünlük qeyd olunub”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda