Erməninin azərbaycanlı bilib bıçaqladığı diş həkimi öldü
Xəbər verdiyimiz kimi, dekabrın 13-də Rusiyanın paytaxtı Moskva şəhərində Murad Oqanesyan adlı şəxs özəl klinikalardan birinə daxil olaraq Camal Odilov adlı diş həkiminə bıçaqla hücum edib.
“Minval.info” Moskva prokurorluğuna istinadən xəbər verir ki, qarın nahiyəsindən yaralanan 41 yaşlı həkim xəstəxanada dünyasını dəyişib.
Azərbaycan Ombudsman Aparatının verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən saxlanılan erməni əsilli M.Oqanesyan dindirilmə zamanı müstəntiqə cinayət əməlini törətmə səbəbindən danışarkən Camal Odilovun məhz azərbaycanlı olduğunu düşündüyü üçün öldürmək istədiyini bildirib.
Rusiya mediasının yazdığına görə, həkim Camal Odilov Özbəkistandandır. Murad Oqanesyan müalicənin nəticəsindən razı olmadığından ona hücum edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub