Ermənilər Şurnuxunu da yandırırlar - VİDEO
Ermənistanın Sünik bölgəsindəki Şurnuxu kəndinin sakinləri, kəndin Azərbaycana qaytarılan hissəsində yerləşən tərk etdikləri evləri yandırırlar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Şurnuxu kənd sakini Ararat Ağabekyan 4 yanvar tarixində video yayımlayaraq məlumat verib.
Kənd sakini səlahiyyətlilərin son hərəkətlərinin buna yol açdığını bildirib: “Nikol, budur şurnuxululardan sənin üçün yeni il hədiyyəsi. Növbə ilə yandıracağıq və ən böyük odda səni yandıracağıq. Sən qoşunları, insanları məhv etdin, səni söyməyi, ev yandırmağı öyrətdin. Nikol, sən də bu atəşdə yandırılmalı idin, səbəb sənsən”.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Qeyd edək ki, Şurnuxu kəndinin bir hissəsinin Azərbaycana qaytarılması səbəbindən həmin ərazidə yerləşən 12 evin sakinlərinə yanvarın 5-nə qədər evlərini boşaltmaq üçün vaxt verilib.
Xatırladaq ki, analoji hadisələr Kəlbəcər, Ağdam və Laçında da yaşanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"