“Məndən soruşanda ki, necəsən? Deyirəm ki, hamı kimi. Bizim qəlbimiz Qarabağ, vətən üçün döyünür. Bu gün Azərbaycan ordusu yalnız səngərdə vuruşan hərbiçilərdən ibarət deyil. On milyonluq ordumuz var, hər kəs öz yerində əsgərdir. Bu gün dülgər də, şair də, həkim də, müəllim də – hər kəs əsgərdir. Bu gün hamının ürəyi bir ritmdə döyünür, hamı bir hədəfə vurur. Mən də özümü hamı kimi hiss edirəm. Mən də öz masamın arxasında əsgərəm”. 

Bu sözləri şair Baba Vəziroğlu Musavat.com-a açıqlamasında deyib.

O bildirib ki, qələbə xəbərləri onda ruh yüksəkliyi yaradır və yaradıcılığa ilhamlandırır:
“Son zamanlar ancaq vətənpərvərlik haqqında şeirlər yazıram. Dəvət aldığım verilişlərdə vətən sevgisindən danışıram. Yazdığım şeirləri səsləndirirəm. Mübariz İbrahimov, Polad Həşimov haqqında şeirlər, qələbə bayatıları yazmışam. Leyla xanım Əliyevanın sözlərinə dostum, qardaşım Vüqar Camalzadə ilə mahnı bəstələmişik. Faiq Şücəddinovla bir neçə mahnı işləmişik. Mənim də əlimdən gələn budur. İnsanlara mahnılarımla ruh yüksəkliyi yaşatmaq istəyirəm. General Polad Həşimova yazdığım şeir rəğbətlə qarşılandı”.

B. Vəziroğlu erməni vəhşiliyindən də bəhs edib:

“Biz 30 ildir müharibə şəraitində yaşayırıq. Ermənilərin Qafqaza yerləşməsinin 200 il tarixi yoxdur, amma iddiaları böyükdür, qədim dövlət olmaqdan danışırlar. Mən Sovet dövründə dəfələrlə Dağlıq Qarabağa səfər etmişəm. Orada abidə vardı, ermənilərin Qafqaza gəlişinin 150 illiyinə həsr olunmuşdu. Ermənilər bizim torpağı işğal etdikdən sonra o abidəni dağıtdılar ki, tarixi saxtalaşdırsınlar. Utanmadan min illik tarixlərinin olduğunu deyirlər. Onlar tək Azərbaycana deyil, Türkiyə, Gürcüstana da torpaq iddiasındadırlar. Guya, İranın yarısı Böyük Ermənistan olub. Özü də dənizdən dənizə deyil, ərazilərinin dənizlərdən dənizlərə qədər olduğunu bildirirlər. Onlar belə həyasızdırlar. İllərdir ki, özlərini yazıq göstərib, zorakılığa məruz qaldıqlarını deyirlər. Hərdən erməni ideologiyasını faşizmlə müqayisə edirik. Lakin onlar faşistlərdən betər, daha da murdardırlar. Onlarda mazoxizm əlamətləri var. Yalan danışmaqdan həzz alan millətdirlər. Xəstə təfəkkürlü millətdirlər. Mənim 50 yaşım var. İndiyə kimi gördüyüm bütün ermənilər ağlayıb, zorlandıqlarını, zülm çəkdiklərini deyiblər. Ona-buna yaltaqlanmaqla, onun-bunun torpağına göz tikməklə yaşayırlar”.