Erməni tarixçi: Azərbaycanın tərəfindəyəm, çünki...

Ermənilər və azərbaycanlılar özlərinin tarixi həqiqətlərini bilirlər və bunun uğrunda mübarizə aparırlar. Bu məsələdə mən Azərbaycanın tərəfindəyəm. Çünki Ermənistanın bütün tarixinin ya uydurma, ya da bu gün özünü erməni adlandıranlara aid olmadığını bilirəm.
Axar.az xəbər verir ki, bu sözləri Ukraynada yaşayan tədqiqatçı, tarixçi, məşhur erməni əsilli bloger Filipp Ekozyants sosial şəbəkə hesabında yazıb.
“Uşaqlıqdan hər şeyin tamamilə fərqli şəkildə qələmə verildiyi bu yalan axınından baş açmaq imkanları olmayan erməniləri anlayıram. Sadə insanlar bu və ya digər tərəfdən nifrət mənbəyi deyillər. Onlar bədbəxtlikdən kiminsə çiyinlərinə yüklədiyi bu nifrətin daşıyıcısıdırlar”, – bloger bildirib.
Məsələn, illərlə Matenadaranda ermənilərin qədim köklərini müəyyən etməyə kömək edə biləcək əlyazmaların saxlanıldığı onların şüuraltına yeridilib.
Məsələ barədə danışan Ekozyantsın sözlərinə görə, bu mətnləri, ümumiyyətlə, ermənilərlə bağlı hər hansı bir tarixi informasiya olan istənilən mətnləri ciddi şəkildə tədqiq etmək lazımdır:
“Başlanğıc üçün bu faktların tarixi qeydiyyata alınmalı, bu prosesdə müasir üsullardan istifadə edilməlidir. Müasir üsullar 100-200 il əvvəllə müqayisədə daha mükəmməldir. Xatırladım ki, erməni tarixinin istinad etdiyi bir çox mətnlər, Allah bilir, hansı tarixə aid qeyd olunub. Onlar sadəcə “bu mətnlər V əsrdə yazılıb, məsələ həll olundu və bağlandı, bu sənədi məhz bu cür araşdırın” deyiblər. Ancaq biz belə tədqiqat aparmayacağıq. Aydındır?”, – erməni tarixçi qeyd edib.
Ekzoyantsın sözlərinə görə, bu sənədlər müasir xronoloji qiymətləndirmədən keçməlidir. Yalnız bundan sonra həmin sənədlər tədqiq edilə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Suriyaya gedən azərbaycanlıdan ŞOK ETİRAF: “Zorla evləndim, kafir dedilər”
Xalq artistinin vəziyyəti ağırlaşdı - Türkiyəyə aparıldı
Rus mediasının Qaraqalpaqdan süjeti Kremli ifşa etdi
7-ci sinif şagirdi ilə intim əlaqəyə girən gənclə bağlı yeni xəbər
Zəhranın evindən reportaj: Deyir ki, gəzməyə getmişdim - FOTO
Prezident yeni icra başçılarını qəbul edib