Erməni tərəfi Şuşanın azad edildiyini etiraf etdi!
Özünü qondarma “Dağlıq Qarabağ respublikasının” prezidenti kimi təqdim edən Araik Arutyunyanın “Facebook” hesabından edilən paylaşımda Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etdiyi etiraf olunub.
“Minval.İnfo” xəbər verir ki, həmin hesabdan edilən paylaşımda qeyd edilib ki, guya qondarma “prezident” Xankəndidəki əsgərləri ziyarət edib.
Bildirilib ki, artıq Azərbaycan Ordusu Şuşadan Xankəndiyə hücum edir. Bununla da Araik Arutyunyanın adından idarə edilən səhifədə ermənilərə Şuşanın Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad edildiyi elan edilib.
Paylaşımda daha sonra bildirilib ki, Xankəndidə döyüşən İkinci Dünya Müharibəsinin veteranları ilə görüş keçirilib.
Bununla da “saxta prezident”in səhifəsində eyni zamanda Ermənistan ordusunun darmadağın edildiyi və döyüşmək üçün canlı qüvvə baxımından çatışmazlıq yarandığı da etiraf edilib. Düşmən tərəfi Xankəndinin işğalda saxlanılması üçün 80 yaşlı veteranların ümidinə qalıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Çimərliyə gedənlərin nəzərinə