Erməni deputat:
Bu gün Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması Ermənistanda narahatlıqla qarşılanıb. Hökumət səviyyəsində olmasa da ən azından indi müxalifət statusunda olan Respublika partiyasında.
Minval.info virtualaz.org-a istinadən xəbər verir ki, partiyadan deputat Armen Aşotyan özünün Facebook səhifəsində Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanmasından narahatlıq ifadə edib. Bildirib ki, bu hadisə regionda uzunmüddətli və qlobal dəyişikliklərə səbəb ola bilər.
“Bizim daxili siyasət qazanında qaynadığımız və bu mübarizədə əqrəblərlə dolu damarı xatırlatdığımız bir vaxtda regionda ciddi geosiyasi dəyişikliklər baş verir”-deputat yazıb.
Armen Aşotyana görə, Xəzərin statusuna dair konvensiyada Ermənistan üçün təhdid yaradan mühüm məqamlar var. “Azərbaycan üçün dənizin maksimal sərfəli bölgüsü baş verib və o Xəzər şelfində daha böyük həcmdə hasilat aparıb daha iri həcmlərdə enerji daşıyıcılarının ixracını həyata keçirə bilər”, – Aşotyan yazıb.
Erməni deputat görə sənəddə Transxəzər qaz kəmərinin çəkilməsi üçün bütün beş ölkələrin razılığının tələb edilməsi İran və Rusiyanın maraqlarıüçün olduqca mühümdür. Habelə konvensiya regiondan kənar oyunçuların Xəzərdə hərbi iştirakını istisna edir, bu da Rusiya və İran üçün çox vacibdir.
“Faktiki olaraq Rusiya və İranAzərbaycana strateji və uzunmüddətli qarantiyanın əvəzində Azərbaycana daha çox enerji daşıyıcıları güzəştə getdilər, bu da bizim qonşular arasında mövcud əlaqələri de-fakto daha da möhkəmləndirir”-Aşotyan qeyd edib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!