"Erməni dedi ki, sənə baxıb, müğənni olmuşam" - Brilliant Dadaşova
“Səhnə üçün ayrı, gündəlik həyat üçün başqa pul xərcləməlisən. Asget deyiləm. Asgetlər geyimlərə önəm vermirlər. Onlara həsəd aparıram. Mənim isə əhval-ruhiyəm geyimdən asılıdır. Hər zaman özümdən şikayət edirdim ki, nə qədər paltar alıram”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova. Müğənni geyimlərindən bəhs edib.
“Sözüm var” proqramının qonağı olan Dadaşova xaricdə səfərdə olarkən, erməni ifaçının ona dediklərindən danışıb:
“Amerikaya mükafat almağa gedəndə Sarastovda böyümüş, müharibə şəraitində olduğumuz qonşularımızdan biri mənə yaxınlaşdı və “Getmə gözəl yar” mahnısını oxudu. Sonra öz dilində “qurban olum, qadan alım” dedi. Qayıtdı ki, mən sizə baxıb, oxuyan olmuşam. Bu sözləri müharibə şəraitində olduğumuz qonşularımızın nümayəndəsi dedi.
Fikirləşdim ki, səhnəyə çıxmayanlar bunları mənə deyirdi, sənə baxıb oxuyan olmaq istədik. Üç nəfər onları tanıyandan sonra, üzləri dönüb. Niyə, bilmirəm. Bəlkə sənətləri kimi özləri də cılız olduqlarına görə. Amma mənə bunu etiraf edən müharibə şəraitində olduğumuz ölkənin nümayəndəsi idi. Söylədi ki, inşallah müharibə bitəcək, gəlib sizinlə duet oxuyacam. Deyir, ölməmişdən əvvəl sizinlə duet oxuyacam. Bu, Azərbaycan musiqisinin gücüdür. Dünyanı gəzirsən, bunları görürsən”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əkiz nəvələrinin dünyaya gəldiyini efirdə öyrəndi - Video
"Nə olar Damla, imicmeyker tap, sənə düzgün geyim seçsin"
Damladan şok sözlər: "Həmin qadınları yandıraram" - Video
Bu məşhurlar Azərbaycanı tərk edib
Günel Ələkbərova: “Həyatım mənalı, gözəl etdin qızım...”
Azərbaycanın ən fərqli modelindən seksual FOTO,VİDEO
Oksanaya gözlənilməz sual: “Şəhriyarla öpüşməzsən?”