Erkin Qədirli naziri tənqid etdi, həmkarından irad gəldi
“Mən komitə iclasında bu layihənin əleyhinə səs vermişəm və burada da əleyhinə səs verəcəyəm.”
Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin bugünki plenar iclasında çıxış edən deputat Erkin Qədirli deyib. O, qeyd edib ki, yığılan cərimələrin müəyyən faizinin müvafiq qurumun büdcəsinə yönəldilməsi ilə razı deyil:
“Elə bunun nəticəsidir ki, maliyyə naziri Samir Şərifov nə özünə, nə vəzifəsinə yaraşmayan bir çıxış etdi”, – deyə deputat əlavə edib.
Daha sonra deputat Aydın Hüseynov söz alaraq həmkarının fikirlərinə etirazını bildirib: “Burada bir yeniliyin şahidi oluruq. Həmkarımız hər dəfə söz alanda deyir ki, mən bu qanun layihəsinin əleyhinə səs vermişəm, burda da əleyhinə səs verəcəyəm. Bunu hər dəfə təkrar etməyə ehtiyac yoxdur. Sədr səsvermə elan edir və hər kəs münasibətini bildirir. Odur ki, bu yenilik qəbul olunmur.”
Sədr Sahibə Qafarova isə “Bəlkə də komitələrdə yeni seçilən deputatlarla söhbətlər aparmaq lazımdır. Amma yenə də deputatdır və burada öz fikrini bildirir” – deyə, münasibətini ifadə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ombudsman Bakıda ana və körpəsinin ölümü ilə bağlı məlumat yayıb
Paşinyanla Blinken Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Azərbaycan və İran Prezidentləri görüşə bilər
Brayza: Saakaşvilinin həbsi Gürcüstan üçün fəlakətdir
Zakir Həsənovdan komandolara döyüş tapşırığı: "Hər an hazır olun" (VİDEO)