"Erkenci kuş"un Sanemi Bakıda: "Paxlava, düşbərə yedim"
Türkiyənin məşhur aktrisası Demet Özdemir media nümayəndələri ilə görüşüb.
Minval.info xəbər verir ki, Türkiyənin nüfuzlu mükafatlandırması olan “Altın Kelebek” üçün Bakıya gələn aktrisa ölkəmiz barədə fikirlərini bölüşüb:
“Azərbaycana ikinci gəlişimdir. İlk dəfə 10 il öncə gəlmişdim. Bakı çox dəyişib, gözəlləşib. Heyran qaldım. Ötən gün İçərişəhərdə gəzdim. Düşbərə, dolma, paxlava yedim. Azərbaycanı çox sevirəm. Burada isti münasibət gördüm. Bu qədər sevgi, diqqət görəcəyimi düşünmürdüm”.
Aktrisa Azərbaycan mahnılarını sevərək dinlədiyini bildirsə də, müğənnilərin adını xatırlamadığını deyib. O qeyd edib ki, boş vaxtlarında musiqi dinləyərək keçirir.
Demet aktyor Can Yamanla sevgili olması barədə yayaılan xəbərlərə isə münasibət bildirməyib.
Qeyd edək ki, Demet Özdemir “Erkenci kuş” serialında canlandırdığı Sanemi obrazı ilə Azərbaycanda məşhurlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır