Enerji içkilərinin daha bir zərəri üzə çıxdı
Enerji içkiləri istehsal olunandan zərəri haqda danışılır. Daha bir istiqamətdən orqanizmə ziyanı ortaya çıxıb. Bu haqda “Tunisie Soir” yazıb.
Bizimyol.info xəbər verir ki, enerji içkisindən 32 unsiya (946 millilitr) istifadə təzyiqi kəskin artırır, ürək fəaliyyətinin ritmini pozur. Nəşrin yazdığına görə, eksperiment belə nəticə müəyyən edib.
Eksperimentə 18-40 yaş arası 34 könüllü qoşulub. Onlar kofeinlə enerji içkisi və plasebo qəbul ediblər. Hər yarım saata 470 millilitr içmək lazım gəlib. Bu müddətdə isə elm adamları ürək fəaliyyətini müşahidə ediblər. Məlum olub ki, plasebo qəbul edənlər daha sakit görünürlər. Enerji içkisinin dadına baxanlarda isə ürək döyüntülərinin sürəti xeyli artıb. Bunları içənlərdə sistolik və diastolik təzyiqin 4-5 millimetr yüksəldiyi də müşahidə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq