Emin Ağalarovun “Bentley”si vurulan bacısı: "Hər şey yaxşıdır" - FOTO
Rusiyada yaşayan model Sabina Ağalarovanın “Bentley” avtomobilinin “QAZel” markalı yük avtomobil tərəfindən vurulması gündəm oldu. Bir çox saytlar Sabinanı Araz Ağalarov qızı, Emin Ağalarovun isə bacısı kimi qələmə verib. Əslində isə A.Ağalarovla Eminin anası İrina xanımın bir qızı var – Şeyla. Ehtimal edilir ki, Sabina ilə Emin ögey bacı-qardaşdırlar.
Sabina Ağalarova özü də Moskvada baş verən kiçik qəzanın Rusiya KİV-də manşet olmasına təəccüblənib.
O, sosial şəbəkədə yazdığı statusunda qəzanın ciddi olmadığını yazıb:
“Hər şey yaxşıdır. Mənə heç nə olmayıb. Qəza ciddi deyildi. Başa düşə bilmirəm, KİV adi yol-nəqliyyat qəzasını niyə şişirdir? Yol polisi əməkdaşlarıın mənim qəza məlumatımı mediaya satmasına təəccüblənirəm. Mənim həyatıma belə diqqət və maraq mənə “çox xoşdur”.
Qeyd edək ki, Sabina Ağalarova İnstagram ulduzu kimi tanınır. O, Amerikada təhsil alıb və yaşayıb. Evlidir, üç uşaq anasıdır. BAKU.WS

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı