Emin Ağalarov boşanır – FOTO
Azərbaycanın Xalq artisti Emin Ağalarov ikinci həyat yoldaşı, rusiyalı model Alyona Qavrilovadan ayrılıb.
Oxu.Az xəbər verir ki, bu barədə 41 yaşlı ifaçı sosial media hesabında toy fotosunu paylaşaraq məlumat verib. Sənətçi həyat yoldaşına qarşı olan hisslərini bu sözlərlə ifadə edib:
“Bu, həqiqətən də bizim ən xoşbəxt günümüz idi. Təəssüf ki, hər şey planlaşdırdığımız kimi olmadı. Sənə birlikdə yaşadığımız hər gün üçün və bizim gözəl qızımız Afina üçün minnətdaram. Sən inanılmaz dərəcədə xeyirxah, xüsusi bir insansan. Biz birlikdə çox şey keçmişik və mən sənə qarşı böyük hörmət və minnətdarlıq hissi duyuram”.
Alyona Qavrilova isə “Instagram” hesabında “Özümə gəlmək üçün mənə vaxt verin. Mənə çox ağrılı və çətindir” deyə ayrılıq xəbərinə reaksiya verib.
Qeyd edək ki, cütlük 2018-ci il iyulun 14-də ailə həyatı qurub. Onların bu nikahdan Afina adlı qız övladları var

https://www.instagram.com/p/CAIgwK6qU1t/
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!