"Elzaya görə İnstaqram-da bütün müğənniləri sildim" - Xatirə
Müğənni olmasaydım, vizajist olardım. Çünki mən peşəkarlardan dərs almışam. Ərim müğənnilik etməyə qoyur, yəqin vizajistliyə də icazə verərdi.
Dərgi.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “X maqazin” verilişində deyib. Sənətçi vizajistliyi bacardığını deyib.
Xatirə son günlər gündəmdən düşməyən müğənnilərdən danışıb və onların səsi olmadığını deyib: “İndi səsi olmayan sənətçilər var ki, gündəmdədir. Müştəri başa düşmür ki, səsi var, ya yoxdur. Gündəmdədirsə, demək, məclisə çağırmaq lazımdır.
ƏLAQƏLİ
Toy mövsümü geri dönür: Avqustun ikinci yarısında qiymətlər necə dəyişəcək?
Bizdə sənətə qiymət verilmir. Onun əynindəki brendlərə, məclisə gəldikləri maşına baxırlar. Ona görə də təzə gələn müğənnilər yanına iki-üç köməkçi götürür, məclisə birinci onlar girir. Onlara hörmət qoyurlar, demək, insanları elə aldatmaq lazımdır. Baxırsan imkanlı adama, toyuna çağırdığını görürsən. Deyirsən, bu adam buna qulaq asır?”
Müğənni telefonuna özü cavab verməyən sənətçiləri qınayıb: “Ulduzluq sevdasıdır… Biz onu bir vaxtlar yaşayıb qurtarmışıq. Yüksək sənəti olan insanlar o şeylərə getmirlər”.
İfaçı sosial şəbəkədə izlədiyi məşhurların adların açıqlayıb: “Əvvəl Elza Seyidcahanı izləyirdim. Onun təbii dişlərindən və kirpiklərindən xoşum gəlir. Bir gün oyandım ki, birdəfəyə yüz foto qoyub. Götürüb bütün məşhurları izləmədən sildim. İndi iyirmiyə yaxın insan izləyirəm”.
ƏLAQƏLİ
Ceki çan Bakıda: İçərişəhərin dar küçələrində aksiyon dolu çəkilişlər baş verir
Dərgi.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Toy mövsümü geri dönür: Avqustun ikinci yarısında qiymətlər necə dəyişəcək?
Ceki çanın Bakıda çəkiliş macərası: İçərişəhərdə izdihamlı anlar yaşandı
Apple və openai arasında qalmaqal: Məxfi məlumatlar necə yayıldı?