Elzanın mahnı davası- Gülaydan sərt cavab

Əməkdar artist Elza Seyidcahan ilə müğənni Gülay Zeynallı arasında qalmaqal yaşanıb.
Minval.info xəbər verir ki, Elza “10-da görüşək” verilişində qonaq olarkən Gülaya irad bildirib. Bəstəkar-müğənni deyib ki, sənətçiyə verdiyi mahnını o, daha oxumur:
“Gülay Zeynallıya irad bildirirəm. Ona mahnı vermişəm. Bəzən müğənnilər gedib toya görə stillərini dəyişirlər. Gülaya elə gözəl mahnı vermişəm ki, adı “Əl çəksin kədər”di. Görürəm ki, o mahnıları oxumurlar. Mən də toy səviyyəsində mahnılar yaza bilərəm. Yazmaq istəmədiyim üçün, müğənni oldum. Çünki mahnını verirsən, oxumurlar, deyirlər, bundan pul gəlmir. Ya da oxuyanda bəstəkarın, şairin adını demirlər”.
Gülaydan Elzaya cavab gecikməyib. O, instaqramda Əməkdar artistin çıxışını paylaşaraq bu sözləri yazıb:
“Elza xanım, sizi çox sevirəm, böyük hörmətim var. Amma mahnı verməmisiniz, satmısınız. Mən də almışam. Mahnı artıq mənimdir. Ürəyim istəyən zaman ifa edərəm”.
Qeyd edək ki, Gülay sözügedən mahnını 6 il öncə səsləndirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır