Elza Seyidcahanın anasına qarşı dələduzluq edilib
Əməkdar artist Elza Seyidcahanın (Qasımova) anasına qarşı dələduzluq edilib.
“Minval.info” xəbər verir ki, bu barədə “report”a E.Seyidcahan bildirib.
Onun sözlərinə görə, Rasim Məmmədov və adını açıqlamadığı digər iki şəxs anasının Bakı şəhərində olan torpaq sahəsini satıb, etibarından sui-istifadə edərək dələduzluq edib: “Həmin şəxslər anamı aldadıb, torpaq sahəsini satıb, guya həmin torpaq sahəsinin əvəzinə başqa evlər verəcəkdi. Lakin onlar verdikləri vədə əməl etmədilər. Mən də hüquq-mühafizə orqanlarına müraciət etdim”.
E.Seyidcahan deyib ki, polis əməkdaşlarının araşdırması nəticəsində R.Məmmədov və digər iki şəxs saxlanılıb: “Həmin şəxslər söz veriblər ki, bir ay ərzində anamının ya evini, yada pulunu geri qaytaracaqlar”.
Əməkdar artist R.Məmmədov və digərlərinin tapılaraq ifşa olunmasında göstərdiyi köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşı, polis kapitanı İrfan Gərayzadəyə minnətdarlığını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə qadın faciəli şəkildə öldü
Bakı avtovağzalında ölüm hadisəsi – Kişi belə can verdi – VİDEO
Bakıda kişi transseksualı vuraraq ölümünə səbəb olub - Təfərrüat
Azərbaycanda qadınlara qənim kəsilən manyak peyda olub - Alt paltarlarını...
Kəlbəcərdə hərbçmiz minaya düşdü
"Gördüm ki, arvadım cehizlərini yığır, bıçaqladım" - Xırdalanda cinayət
Bakıda avtobus motosikletlə toqquşub, ölən və yaralanan var - FOTOLAR