“Elza məni döydürməklə hədələdi” – Kərim
Müğənni Kərim Abasov əməkdar artist Elza Seyidcahanın onu döydürmək istədiyini iddia edib.
Minval.info xəbər verir ki, o bu haqda sosial şəbəkədə məlumat yayıb: “Sizə Elzanın məni döydürməklə hədələməsindən danışım. Siz fikirləşin ki, qadın üzümə deyir ki, səni döydürəcəyəm və başına oyun açdıracağam. Yanımda da Allah şahidi iki müğənni var idi. Elza xala, (əslində nənəsən) məndən böyük olduğuna görə xala deyirəm. Nəinki sənin, məni döydürmək hətta sənin əb-əjdadının başı üçün deyil.
Səninlə qanun qarşısında görüşərik. Görüm, sən kimsən ki, məni döydürürsən? Azərbaycanda yaşayırsan və qanunları düşün. Sonra başına nələr gələ bilər. Bu sənin üçün “xa-xa” oxumaq, ya da ki, itlərə konsert vermək deyil.
Səni Rasim Balayev kimi sənətkar yudu -sərdi. Yerində olsam, efirlərə çıxmazdım. Ona görə ki, Rasim Balayevi indiyə qədər belə əsəbi görməmişdim. Elza, mən sənin girdiyin kol deyiləm. Get başqa yerdə oyna. Bir daha deyirəm, bir az “xod”undan al. Yoxsa müvafiq orqanlar sənin “xod”unu alar”.
Qeyd edək ki, bir müddət əvvəl Elza Seyidcahan müğənni Damlanı tənqid etmişdi. Kərim onunla razılaşmayaraq Damlaya dəstək olmuşdu. Bu isə Elzanın xoşuna gəlməmiş, Kərimlə verilişə çıxmaqdan imtina etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!