Elvindən vaynerlərə sərt sözlər: “Söyüş, tərbiyəsiz qızcığazlar…” – FOTO
“Nə qədər ki, televiziya kanallarında senzura yoxdur, cəmiyyətə yararsız vaynerciklər efirdə həm mahnı, həm də zövqdən, dəbdən, incəsənətdən danışacaq. Bu o deməkdir ki, Azərbaycan öz musiqisini, incəsənətini itirdi. Başınız sağ olsun! “
Dərgi.az xəbər verir ki, bu sözləri müğənni Elvin Abduallayev deyib. Müğənni vaynerlərin efirə çıxmasına, mahnsı oxumasına, filmə çəkilməsinə etiraz edib: “Bu qədər iyrənc mahnıları, bayağı çıxışları bu kanallar niyə təbliğ edir? Bunlara niyə dur deyən yoxdur? Niyə mən Rusiyanın və ya başqa ölkənin kanallarına baxmalıyam? Ayıbdır. Bizim musiqimizdən dünyada yoxdur. Başqa xalqlar, millətlər bizim musiqimizdən, necə zəngin olmasından danışır, biz isə 2-3 nəfərin keyfiyyətsiz çıxışından danışaq? Ya söhbət etdiyi mahnıcıqlardan?
Utanmadan filmlərə çəkilirlər, baş rol alırlar. Həmin filmlərə də baxmışam. Başdan-sona söyüşdür, ancaq tərbiyəsiz qızcığazların çıxışıdır. Bu qədər də olmaz. Tərbiyəsizliyin belə son həddini aşıblar. MTRŞ-dan xahiş edirəm, buna bir son qoysunlar”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
