Elton xanımına tərif yağdırdı: “Ona qurban olaram”
Müğənni Elton Hüseynəliyev keçmiş səhvlərindən danışıb.
Minval.İnfo xəbər verir ki, Yenicag.az-a açıqlama verən müğənni ən böyük zərbəni qadınlardan aldığını etiraf edərək, həyat yoldaşına təriflər yağdırıb:
“Bu həyatdır, hər bir insan səhv edə bilər. Hər bir ailədə söz-söhbət olur. Kim desə ki, bizim ailəmiz idealdır, mən buna inanmaram. İki insan bir araya gəlirsə, orda mütləq söz-söhbət olacaq. Amma iki insan danışaraq, ortaq məxrəcə gəlirsə, bir-birini anlayırsa, orda gözəllik var.
Ailəni bir yerə gətirmək kişinin əlindədir. Qadın da onu qoruyur. Əgər kişi hər hansı bir səhvə yol veribsə, bunu açıqlamaq məcburiyyətindədir. Nala-mıxa vurmaq lazım deyil. Ailəmin yenidən birləşməsində Tomanın rolu böyük oldu. Bunu etiraf etməliyəm. Əgər o istəməsəydi, bu gün biz bir yerdə olmayacaqdıq. Mən xanımımın dəyərini əvvəllər başa düşmürdüm. Bunu indi-indi anlayıram. Heç bir qadın məni onun kimi dəstəkləyə bilməzdi. Bu həyatda ən böyük zərbələri qadınlardan almışam. Tomaya qurban olum, o mənim varlığımdır”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aygün və Namiqdən illər sonra möhtəşəm duet!
Bakının əsas yollarında sıxlıq: Harada tıxac var?
Toydan qayıdan sürücü qəzaya düşdü
Müdafiə Nazirliyində milyonluq yeyinti qalmaqalı
Keçmiş nazirin mühafizəçisi ilə qalmaqallı əlaqəsi ortaya çıxdı
Beş yol şirkəti ləğv olunur: Səbəb nədir?
İbrahim Tatlısəsin yeni görünüşü pərəstişkarlarını narahat etdi