Elton: “Çox deyirdiniz torpaq, indi gedin yaşayın”
Müğənni Elton Hüseynəliyev “Qarabağ sədası” proqramında qonaq olub.
BAKU.WS xəbər verir ki, ifaçı efirdə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı danışıb. O, əslən Qubadlıdan olduğunu və tezliklə ora köçmək istədiyini söyləyib:
“Anasının tum sataraq böyütdüyü, Sumqayıtda şadlıq evində 5 şirvana oxuyan Eltonam. Bu gün xoşbəxtik, hamı vətənə qurbandır. Mən 1990-cı illəri görmüşəm, çörək növbəsinə dayanmağı yaşamışam.
İndi dövlətim gətirib məni gözəl kürsüdə otuzdurub. Bəzən deyirlər, Qərbi Azərbaycanlısan. Yox, Qubadlıdanam. Allahın izni ilə ora qayıdacam.
Orada müəllim işləyib, bu istedadı gənclərə öyrədəcəm, tələbələr yetişdirəcəm. Özümlə qəbirə aparmayacam ki…
Hamımız oralara getməyə borcluyuq. Zamiq Hüseynov, Manaf Ağayev də Füzuliyə getsin, budur meydan. Çox deyirdiniz torpaq, indi gedin”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır