"Elnur Hüseynzadə dövlətə xəyanət edib" - Rəsmi məlumat

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Elnur Hüseynzadə barədə rəsmi açıqlama yayıb.
Hərbi Prokurorluqdan Azxeber.com-a daxil olan məlumatda bildirilir:
“Ermənistanın kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Hüseynzadə Elnur Elman oğlu barədə bəzi məlumatlar yayılıb.
Bununla bağlı bildiririk ki, Elnur Hüseynzadə 01 fevral 2017-ci il tarixdə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi ərazisindən düşmən tərəfinə keçmişdir. Həmin fakta görə 2 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadə barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) cinayət işi başlanmışdır.
17 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadənin həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir.
Həmçinin bildiririk ki, Elnur Hüseynzadə xidmət müddətində intizamsız davranışı ilə seçilmiş,mənfi xarakterizə olunmuş və dəfələrlə xidmət yerini özbaşına tərk etmişdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident Fərman imzaladı
DİN-dən bank kartları ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ
Prezident "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində
Agentliyin sədrinə yeni vəzifə verildi
TƏCİLİ: Səfir XİN-ə çağırıldı, Azərbaycan Rusiyaya NOTA VERDİ