Elnarədən “Qarabağ atları” - Video
Müğənni Elnarə Xəlilova “Qarabağ atları” adlı yeni klipini təqdim edib.
Minval.info xəbər verir ki, “Naxçıvan yallısı”nın musiqisi üzərinə yazılan mahnının sözləri Ramin Xəlilov, aranjimanı Samir Şirinova məxsusdur.
Klipdə Dövlət Sərhəd Xidmətinin (DSX) süvarilər dəstəsi və əməkdar artist Nailə Məmmədzadənin rəhbərlik etdiyi DSX-nın Rəqs Ansmblı iştirak edib. Klip Azərbaycan Atçılıq Federasiyasının dəstəyilə
“Sərhədçi” studiyası tərəfindən ekranlaşdırlıb. “Qarabağ atları” klipində dünyada tanınan və tarixi, məşhur Qarabağ atlarının uğuru, cəsurluğu, gücü, şücaətindən bəhs edilir.
Ekran işində Qarabağ atlarının dünyanın ən böyük arenalarında dünyanı fəth edən
çıxışlarından olan videomateriallardan da istifadə edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!