Elməddin Cəfərov “Azərbaycanın Cem Yılmazı” adlandırılmasına etiraz etdi – VİDEO
Elməddin Cəfərov: “Cem Yılmaz olmaq istəmirəm, mən Azərbaycanın Elməddiniyəm…”
Azərbaycan istehsalı olan, Türkiyənin məşhur aktyorlarının rol aldığı “ÇAtkapı aşk” filmində rol alan aktyor Elməddin Cəfərov Türkiyə təəssüratlarını bölüşüb.
Aktyor musavat.com-a açıqlamasında qardaş ölkədə bir neçə televiziyada qonaq olduğunu deyib: “Müğe Boz və Jose ilə Eser Yenerin verilişində qonaq olduq. Veriliş bir həftə öncə çəkilmişdi, efirə gedəcəyi gün futbol olduğu üçün vaxtı dəyişdirildi. Ümumilikdə proqram maraqlı keçdi, qarşılıqlı zarafatlarımız, maraqlı dialoqumuz alındı. Yalnız TV8-də qonaq olmadıq. Kanal D, Show TV-ə çıxdıq. Qarşıda yaxşı işlər olacaq”.
Aktyor “Azərbaycanın Cem Yılmazı” adlandırılmasına da münasibət bildirib: “Əslində Cem Yılmaz olmaq fikrim yoxdur, Azərbaycanın Elməddini olmaq istəyirəm. Türkiyədə mənə bir neçə təkliflər oldu, qəbul etmədim. Türkiyədə sıfırdan başlamaq istəmirəm. Min şükür, öz məmləkətimdə xoşbəxtəm, işlərimiz əla da olur, kafi də olur. Əsas odur ki, öz evimizdəyəm”.
E.Cəfərov prodüseri olduğu “Bacanaqlar” serialının yeni mövsümdən yayımlanmayacağını da açıqlayıb: “10 il, son il. Düşündüm ki, 11-ci il olsa, nə dəyişəcək? 10 il kifayətdir, rekorddur. Fikrimdə çox böyük layihə var. Prodüser kimi onu həyata keçirməyə pulum çatıb-çatmayacağını da bilmirəm. Aprel ayı sırf onunla məşğul olacağıq. Alınsa, sentyabrda o layihəni təqdim edəcəyik. Böyük bir şoudur. Layihəni həyata keçirmək üçün 40 nəfər çalışmalıdır, keyfiyyətli iş olacaq. Tamaşaçılar üçün maraqlı olacaq. Hamı qazanacaq. Gündəmi zəbt edəcəyik”.
https://www.youtube.com/watch?v=0AYonBEua5A
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!